Roma İnter-dən 2 futbolçu aldı


İdman 26 İyn 2018 18:16:00 334 0

Roma İnter-dən 2 futbolçu aldı

Raca Nainqqolanı İnter-ə göndərən Roma əvəzində qarşı tərəfdən iki futbolçu alıb. Goal.az xəbər verir ki, bunlar müdafiəçi David Santon və yarımmüdafiəçi Nikolo Canolodur. Santonla 2022-ci, Canolo ilə isə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Roma Santon üçün İnter-ə 9.5, Canolo üçün isə 4.5 milyon avro ödəyib.