Beşiktaş sabiq hücumçusunu geri qaytarır


İdman 26 İyn 2018 11:48:00 259 0

Beşiktaş sabiq hücumçusunu geri qaytarır

Beşiktaş hücumçu transferinə hazırlaşır.

Goal.az-ın məlumatına görə, İstanbul klubu Vinsent Abubakarın keçidi həll etmək üzrədir.

Türkiyə mətbuatı iddia edir ki, artıq Porto ilə danışıqlar yekunlaşıb və forvard qarşıdakı mövsümü icarə əsasında Beşiktaş-da keçirəcək. Tərəflərdən rəsmi açıqlama isə gəlməyib.

Qeyd edək ki, Abubakar 2016/17 mövsümünü İstanbul klubunda keçirmiş, meydana çıxdığı 27 oyunda 12 qol vurmuşdu.