İlk 1/8 final cütləri müəyyənləşdi


İdman 26 İyn 2018 10:22:00 343 0

İlk 1/8 final cütləri müəyyənləşdi

Futbol üzrə dünya çempionatında III turun A və B qruplarının oyunları keçirilib.

Goal.az-ın məlumatına görə, B qrupundan İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 final mərhələsinə vəsiqə qazanıb. Reqlamentə görə İspaniya "play-off" mərhələsində "A" qrupunun ikincisi Rusiya, Portuqaliya isə qrupda birinci yeri tutan Uruqvayla qarşılaşacaq.

Xatırladaq ki, Uruqvay-Portuqaliya matçı iyunun 30-u saat 22:00-da, İspaniya - Rusiya matçı isə 1iyul saat 18:00-da başlayacaq.