Kadırov Salahı bezdirib


İdman 25 İyn 2018 10:34:00 331 0

Kadırov Salahı bezdirib

Misir yığmasının mətbuatla iş üzrə departamentinin nümayəndəsi Usama İsmail komandanın lideri Məhəmməd Salahın Ramazan Kadırova görə yığmanın düşərgəsini tərk etməyə hazırlaşdığına dair yayılan informasiyaya münasibət bildirib.

Goal.az-ın məlumatına görə, misirli futbolçu yazılanların əksinə, hazırda komandanın düşərgəsindədir.

“Belə bir şey yoxdu. Salah hazırda məşq düşərgəsindədi və həmkarları ilə birlikdə çalışmalarını davam etdirir. O, delaqasiyanın rəhbərliyinə bu barədə heç nə deməyib. CNN-in bu məlumatı hardan əldə etdiyini bilmirəm. Hətta Salah indi bizlədi. Birlikdə yemək yeyirik” deyə, Usama bildirib.

Qeyd edək ki, Misir yığması bu gün Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.