D<-2018: III turun oyunlarına start verilir


İdman 25 İyn 2018 09:34:00 325 0

D<-2018: III turun oyunlarına start verilir

Futbol üzrə dünya çempionatında bu gün III turun ilk 4 oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, bu turdan etibarən hər qrupun matçları eyni saatda start götürəcək.

A qrupunda diqqətlər artıq 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyuna yönələcək. Hər iki komandanın 6 xalı var. Vurulan və buraxılan topların fərqində daha üstün olan Rusiyaya birincilik üçün heç-heçə də yetərli olacaq. Uruqvay isə 1-ci yeri tutmaq üçün mütləq qalib gəlməlidir.

Qrupun digər oyununda Səudiyyə Ərəbistanı ilə Misir yığmaları üz-üzə gələcək. Hər iki yığma ilk iki turda məğlubiyyətlə üzləşib.

B qrupunda isə hələ sahiblərini arayan ilk 2 yer uğrunda mübarizə 3 yığma arasında gedəcək. Hazırda qrupa hərəyə 4 xala malik İspaniya və Portuqaliya yığmaları rəhbərlik edir. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda, İspaniya - Mərakeş görüşü formal xarakter daşıyacaq və 1/8 finala elə prineylilər yüksələcəklər.

DÇ-2018, III tur, A qrupu

25 iyun

18:00. Uruqvay - Rusiya

Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)

Samara, "Samara Arena"

18:00. Səudiyyə Ərəbistanı - Misir

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)

Volqoqrad, "Volqoqrad Arena"

B qrupu

22:00. İran - Portuqaliya

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Mehdi Abid Şaref (Əlcəzair), Anvar Hmila (Tunis)

Saransk, "Mordoviya Arena"

22:00. İspaniya - Mərakeş

Hakimlər: Ravşan İrmatov, Abduxamidullo Rasulov, Jaxongir Saidov (hamısı Özbəkistan), Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd Əlhəmmədi (hər ikisi BƏƏ)

Kalininqrad, "Kalininqrad" stadionu.