Pike ilə İskoya xüsusi mükafat - FOTO


İdman 23 İyn 2018 16:37:00 281 0

Pike ilə İskoya xüsusi mükafat - FOTO

İspaniya millisinin futbolçuları Jerar Pike və İsko Rusiyadakı dünya çempionatında oyun zamanı quşu xilas etdikləri üçün mükafatlandırılacaqlar.

Goal.az "The Sun"a istinadən xəbər verir ki, onlar heyvan hüquqları uğrunda mübarizə aparan "İnsanlar heyvanlarla etik rəftarı dəstəkləyir" (PETA) təşkilatından mükafat alacaqlar.

İranla oyunun ilk yarısında təsirli səhnə yaşanıb. Kiçik quş meydanın mərkəzində otun üstünə düşüb. Pike ilə İsko quşu qazondan götürərək meydandan kənara qoyublar.

Qeyd edək ki, Kazanda keçirilən qarşılaşma İspaniyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.