Salah Çeçenistanın fəxri vətəndaşı seçildi


İdman 23 İyn 2018 15:05:00 282 0

Salah Çeçenistanın fəxri vətəndaşı seçildi

Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı seçilib.

Goal.az-ın məlumatına görə, bu barədə respublikanın başçısı Ramazan Kadırov VK hesabında paylaşım edib.

“Məhəmməd Salah – Çeçenistan Respublikasının fəxri vətəndaşıdı. Misir millisi və Liverpool-un böyük futbolçusunun bu ada layiq görülməsiylə bağlı fərman vermişəm. Misir yığmasının şərəfinə təşkil olunan yeməkdə isə ona fərmanın surətini və rozet təqdim etdim. Salah bu ada layiqdi. Minlərlə uşaq, yeniyetmə, həmçinin yaşlı nəslin nümayəndələri dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətə girmək imkanı əldə etdi” – deyə, Kadırov vurğulayıb.

Qeyd edək ki, dünya çempionatında geridə qalan iki turdan sonra Məhəmməd Salahın formasını geydiyi Misir yığmasının aktivində 0 xal var. Komanda qrup mərhələsinin sonuna bir tur qalmış mundialla vidalaşıb.