Neymar niyə ağladığını açıqladı


İdman 23 İyn 2018 11:10:00 315 0

Neymar niyə ağladığını açıqladı

Braziliyalı hücumçu Neymar Kosta Rikanı məğlub etdikdən sonra ağlaması barədə danışıb.

Goal.az xəbər verir ki, futbolçu açıqlamasında insanların bilib-bilmədən danışmasından da gileylənib: "Bura gələnə qədər nələr yaşadığımı heç kim bilmir. Tutuquşu kimi danışırlar. Göz yaşlarım sevincdəndir, bacarmaq və qazanmaq istəyinin gətirdiyi duyğu partlaması idi. Həyatımdakı heç bir şey asan reallaşmayıb, indi də durum eynidir. Yuxu davam edir".

Xatırladaq ki, Braziliyanın 2-0 hesablı qələbəsi ilə yekunlaşan matçın uzatma dəqiqələrində ikinci qolu vuran  Neymar oyun bitdikdən sonra hönkür-hönkür ağlamışdı.