Antidopinq agentliyi rusların qələbələrindən şübhələndi


İdman 22 İyn 2018 17:18:00 281 0

Antidopinq agentliyi rusların qələbələrindən şübhələndi

ABŞ Antidopinq Agentliyinin (USADA) prezidenti Trevis Tayqert Rusiya millisinin dünya çempionatında əldə etdiyi ardıcıl iki qələbəyə şübhə ilə yanaşır.

Goal.az xəbər verir ki, Tayqert FİFA-nın rusiyalı futbolçuların dopinq analizlərini diqqətlə yoxlamal olduğunu bildirib. Qeyd edək ki, ev sahibi komandanın Səudiyyə Ərəbistanı və Misir üzərində qələbəsindən sonra rusiyalı futbolçulardan götürülən dopinq analizlərinin nəticəsi açıqlanmayıb. Bu isə USADA prezidentinin narazılığına səbəb olub. Statistikaya görə, ruslar ilk iki oyunda digər komandalara nisbətən daha çox qaçıblar.