FİFA Rusiyadan məmnundur


İdman 21 İyn 2018 19:34:00 325 0

FİFA Rusiyadan məmnundur

FİFA-nın baş katibi Fatma Samura dünya çempionatının təşkilatı işlərindən məmnun qaldığını bildirib.

Goal.az xəbər verir ki, o futbol üzrə dünya çempionatlarından ən yaxşılarından birinin Rusiyada keçirildiyini qeyd edib. "Üç həftə ərzində bütün dünyanı diqqəti Rusiyaya yönəlib. Dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Bu ölkənin komandasının yaxşı oyun göstərməsi də ürəkaçandır. Etiraf edim ki, Seneqal millisinin turnirə qələbə ilə başlayacağına inanmırdım. Amma futbolçularımız bunu bacardılar. Buna görə çox xoşbəxtəm”,- deyə Fatma Samura vurğulayıb