Zidan-dan sonra oğlu da Real-dan gedir


İdman 21 İyn 2018 14:51:00 266 0

Zidan-dan sonra oğlu da Real-dan gedir

Real Madrid-in qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək.Goal.az xəbər verir ki, 20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.

Luka Zidan Real Madrid-in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.