Ramos: "Maradona Messidən işıq ili qədər geri qalır"


İdman 21 İyn 2018 13:53:00 262 0

Ramos: "Maradona Messidən işıq ili qədər geri qalır"

İspaniya millisinin kapitanı Serxio Ramos Maradonanın onu barədə fikirlərinə reaksiya göstərib. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi sabiq dünya çempionunu Messidən xeyli geridə qalan biri kimi qiymətləndirib.

"Argentinada bilirlər ki, Maradona ölkə futbolunun tarixində ən yaxşı oyunçudan işıq ili qədər geridədir. Mənə görə, ən yaxşı Leo Messidir".

Maradona daha öncə "Telesur" kanalına müsahibəsində Qodini Ramosdan daha güclü və dəyərli hesab etmişdi.