Neftçi-nin baş məşqçisi: "Macarıstan klubu ilə dueldən qalib çıxmağa çalışacağıq"


İdman 20 İyn 2018 15:57:00 281 0

Neftçi-nin baş məşqçisi: "Macarıstan klubu ilə dueldən qalib çıxmağa çalışacağıq"

Neftçi-nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. 

Goal.az-ın məlumatına görə, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Macarıstan "Uypeşt”inin kifayət qədər güclü komanda olduğunu bildirib. O, rəqibi xüsusən fiziki baxımdan fərqləndirib.

Bununla belə, Bordin "Neftçi"nin qarşısında böyük məqsədlərin olduğunu vurğulayıb: "Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

Qeyd edək ki, "Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.