İslandiya millisinin müdafiəçisi Moskva klubunda


İdman 20 İyn 2018 16:17:00 375 0

İslandiya millisinin müdafiəçisi Moskva klubunda

Moskva CSKA-sı ilk yay transferini reallaşdırıb. Goal.az xəbər verir ki, "ordu klubu" İslandiya millisi və Bristol City-nin müdafiəçisi Heydur Maqnussonla razılıq əldə edib. Rəsmi müqavilə onunla yaxın günlərdə imzalanacaq.

Maqnusson millidə 17 oyun keçirib və 2 qol vurub. O, dünya çempionatının ilk matçında 90 dəqiqə meydanda olub. İslandlar növbəti görüşdə Nigeriya ilə (22 iyun) qarşılaşacaq.