DÇ-2018: II turun daha 3 oyunu keçiriləcək


İdman 20 İyn 2018 09:47:00 366 0

DÇ-2018: II turun daha 3 oyunu keçiriləcək

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün II turun daha 3 oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, A və B qruplarını əhatə edən qarşılaşmalardan sonra 1/8 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşə bilər.

Erkən vəsiqəni isə birinci növbədə, A qrupundakı Rusiya əldə edə bilər. Bunun üçün Uruqvayın Səudiyyə Ərəbistanına uduzmaması lazımdır. Cənubi amerikalılar qələbə qazanacaqları təqdirdə isə təşkilatçı ölkə ilə birgə mərhələ adlayacaqlar.

B qrupunda isə İran yığmasının erkən vəsiqəni qazanmaq imkanı var. Bunun üçün İspaniya yığması üzərində qələbə lazımdır. İlk turda qonşu ölkə millisi Mərakeşə minimal hesabla qalib gəlib. İspaniya isə Portuqaliya ilə məhsuldar heç-heçəyə imza atıb - 3:3. Qrupun digər oyununda Mərakeş Portuqaliyaya uduzsa, qrupda qalacaq. Kriştianu Ronaldunun komandası yalnız qələbə qazanmalıdır ki, mərhələ şansını çətinə salmasın.

DÇ-2018, II tur

B qrupu

16:00. Portuqaliya - Mərakeş

Hakimlər: Mark Geyger (ABŞ)

Moskva, "Lujniki" stadionu

A qrupu

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı

Hakimlər: Kleman Turpen (Fransa)

Rostov-Don, "Rostov Arena"

B qrupu

22:00. İran - İspaniya

Hakimlər: Andres Kunya (Uruqvay)

Kazan, "Kazan Arena"