Topaz Premyer Liqasının debütantı hazırlıq planını müəyyənləşdirib


İdman 18 İyn 2018 18:33:00 390 0

Topaz Premyer Liqasının debütantı hazırlıq planını müəyyənləşdirib

Sabah klubunun 2018/19 mövsümü ilə bağlı hazırlıq planı bəlli olub. Goal.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı 3 mərhələdən ibarət olacaq yeni mövsümün hazırlıqlarına bu gün “Əlincə Arena”da başlayacaq.

Toplanışın ilk hissəsi iyunun 18-dən iyulun 2-dək Bakıda baş tutacaq. İlkin hazırlıq mərhələsində bir oyunun keçirilməsi nəzərdə tutulub. İyunun 30-na planlaşdırılan görüşdəki rəqib hələ ki, bəlli deyil.

Paytaxtda davam edəcək ikinci hazırlıq mərhələsi 2-15 iyul aralığında keçiriləcək. "Sabah" hazırlığın bu mərhələsində iyulun 7-də “Səbail”, iyulun 11-də “Sumqayıt”, iyulun 14-də isə “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Toplanışın üçüncü hissəsi isə iyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində baş tutacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.