Dani Kintana Qarabağ-dan öncə sabiq klubu ilə danışıqlar aparıb


İdman 18 İyn 2018 14:13:00 375 0

Dani Kintana Qarabağ-dan öncə sabiq klubu ilə danışıqlar aparıb

Dani Kintana Qarabağ-la 2 illik yeni müqaviləyə imza atıb. Goal.az Polşa mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bundan öncə bir müddət Jagiellonia ilə danışıqlar aparıbmış. İspan futbolçu 2013-14-cü illərdə bu klubda oynayıb. Burada liqanın ulduzlarından birinə çevrilən Dani sonra Səudiyyə Ərəbistanının Al-Ahly komandası, oradan isə Qarabağ-a keçib.

Ötən mövsüm başa çatdıqdan sonra Daninin Jagiellonia-ya dönmək şansı yaranmışdı. Çünki onun Qarabağ-la müqaviləsinin müddəti bitirdi. Futbolçunun Polşa klubunun nümayəndələri ilə görüşü olmuşdu. Amma danışıqlarda böyük fikir ayrılıqları yaranmışdı. Bununla belə, azarkeşlər son ana qədər Daninin Jagiellonia-ya qayıdacağına inanırdılar. Çünki o, buradan gedəndə bir gün qayıdacağına söz vermişdi.