Baqali Dabo Neftçi-də


İdman 17 İyn 2018 18:51:00 308 0

Baqali Dabo Neftçi-də

Neftçi” növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il Neftçi-nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. Fransanın “İvri”, “Kreteil”, “İstres” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm Qəbələ-nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Neftçi bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.