Qarabağ-da növbəti ayrılıq


İdman 17 İyn 2018 16:48:00 317 0

Qarabağ-da növbəti ayrılıq

Qarabağ daha bir futbolçu ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, Ağdam klubu ötən mövsüm Zirə-də icarədə oynayna Elşən Abdullayevlə yollarını ayırıb. Komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun mübtəzəm meydana çıxa biləcəyi kluba getməsini məqsədəuyğun hesab edib. Qeyd edək ki, E. Abdullayevin müqaviləsi daha 1 il uzadıla bilərdi.

Yarımmüdafiənin hər mövqeyində çıxış edən 23 yaşlı Abdullayev Qarabağ-a Neftçi-dən gəlmişdi.

Qarabağ mövsüm bitəndən sonra 9 futbolçu - bosniyalı qapıçı İbrahiç Şehiç, müdafiəçilər Elvin Yunuszadə, Arif Daşdəmirov, yarımmüdafiəçilər - braziliyalı Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılov, Ağabala Ramazanov, Rahid Əmirquliyev və hücumçu Ramil Şeydayevlə yollarını ayırıb.