Qırğız sürücü meksikalı azarkeşlərə xəsarət yetirdi


İdman 17 İyn 2018 14:33:00 318 0

Qırğız sürücü meksikalı azarkeşlərə xəsarət yetirdi

Futbol üzrə dünya çempionatına ev sahibliyi edən Rusiyada xoşagəlməz hadisə qeydə alınıb. Goal.az xəbər verir ki, Moskvanın mərkəzi küçələrindən birində taksi sürücüsü avtomobili yol kənarı ilə hərəkətdə olan insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 7 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı hazırda mundialda iştirak edən Meksika yığmasının azarkeşləridir. Yaralılar dərhal Moskvadakı xəstəxanalara çatdırılıb.

Hadisədən dərhal sonra yaxınlıqdakı insanlar sürücüyə fiziki təzyiq göstərməyə başlayıblar. 1990-cı il təvəllüdlü Qırğızıstan vətəndaşı olduğu bildirilən Anarbek adlı şəxs qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Sürücünün içkili olmadığı bildirilir.