Diyeqo Maradona bu hərəkətinə görə üzr istədi


İdman 17 İyn 2018 13:50:00 307 0

Diyeqo Maradona bu hərəkətinə görə üzr istədi

Dünya çempionatının qrup mərhələsində baş tutan Argentina - İslandiya matçını Diyeqo Maradona da tribunadan izləyib. Dünya futbolunun əfsanəsi qadağan olunmasına baxmayaraq siqar çəkməsi ilə diqqət mərkəzinə düşüb. Goal.az xəbər verir ki, oyundan sonra Maradona bu hərəkətinə görə üzr istəyib və komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

"Bu gün argentinalılar üçün ağır gün idi. Start oyunu səbəbindən həyəcan vardı. Mən həqiqətən siqaret qadağasından məlumatsız idim. Hamıdan və turnirin təşkilatçılarından üzr istəyirəm. İrəli, Argentina! Gəlin, bizim uşaqları heç vaxt olmadığı qədər dəstəkləyək” - 1986-cı ilin dünya çempinatı sosial şəbəkədə yazıb.