İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib


İdman 17 İyn 2018 12:11:00 290 0

İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib

İtaliyada A seriyasında vəsiqə uğrunda pley-offa yekun vurulub. Goal.az xəbər verir ki, elitada son yerə iddialı Frosinone və Palermo cavab oyununa çıxıb. Birincilər 2:0 hesabı ilə qalib gəlməklə A seriyasına qayıdıblar. Onlar sonuncu dəfə 2016-cı ildə elitanı tərk etmişdi. Palermo evdəki ilk matçda minimal fərqlə qalib gəlmişdi – 2:1. Siciliya klubu yenidən B seriyasında mübarizə aparmalı olacaq.