"İndiyədək sözlə kimsə kiməsə qalib gəlməyib"


İdman 15 İyn 2018 11:20:00 341 0

"İndiyədək sözlə kimsə kiməsə qalib gəlməyib"

Rusiya millisi Dünya çempionatının açılış oyununda Səudiyyə Ərəbistanı üzərində 5-0 hesablı qələbəyə sevinib.

Goal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Stanislav Çerçesov qələbəni belə şərh edib:

"Oyunöncəsi mətbuat konfransında bildirmişdim ki, indiyədək sözlə kimsə kiməsə qalib gəlməyib. Bunu  işimizlə sübut etdik ki, mundiala layiqli şəkildə ev sahibliyi etmək istəyirik. Uşaqlara minnətdaram. Onlar planlaşdırdıqlarımızı yerinə yetirdilər”.