Dünyanın ən ödənişli futbolçuları açıqlanıb


İdman 14 İyn 2018 16:50:00 243 0

Dünyanın ən ödənişli futbolçuları açıqlanıb

Argentina milli komandasının və Barcelona-nın futbolçusu Lionel Messi ilin ən ödənişli futbolçuları reytinqinə başçılıq edib.  Goal.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının tərtib etdiyi siyahıda bildirilir. 31 yaşlı hücumçunun ümumi gəliri 111 milyon dollar təşkil edib. O, 84 milyon dolları Barcelona-dan, digərlərini isə reklam gəlirləri sayəsində qazanıb. 

Portuqaliya yığmasının və Real Madrid-in futbolçusu Kriştianu Ronaldo 108 milyon dollarla ikinci pillədə qərarlaşıb. Təcrübəli forvard ilk dəfə ən çox qazanan futbolçuların siyahısında Messidən geri qalıb.Braziliya millisi və Fransa PSJ-sinin futbolçusu Neymar isə 90 milyon dollar gəlirlə 3-cü yerdədir.