Dünya çempionatının qalibini Bakster müəyyənləşdirəcək


İdman 14 İyn 2018 16:33:00 260 0

Dünya çempionatının qalibini Bakster müəyyənləşdirəcək

Bakster adlı robot dünya çempionatının oyunlarının nəticələrini əvvəlcədən müəyyənləşdirəcək.

Goal.az xəbər verirəm ki, təşkilatçılar komandaların adları, həmçinin heç – heçə qeydə alına biləcək oyunların siyahısı yazılmış vərəqləri xüsusi konteynerdə yerləşdirəcəklər. Robot videokameranın köməyi ilə analiz aparacaq və qarşılaşmanın qalibini tapacaq. Bakster ilk proqnozunu çempionatın açılış oyunundan (Rusiya-Səudiyyə Ərəbistanı) 2 saat əvvəl verəcək. Xatırladaq ki, Bakster 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kuboku turnirində də “öncəgörmələr” etmişdi. Həmin vaxt bu robot bir beçə matçın nəticəsini əvvəlcədən düzgün tapmışdı.