Məhbuslar dünya çempionatını izləmək üçün aclıq elan etdilər


İdman 14 İyn 2018 14:51:00 300 0

Məhbuslar dünya çempionatını izləmək üçün aclıq elan etdilər

Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər. Goal.az xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".  

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir. 

Qeyd edək ki, DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.