Manchester United-də ayrılıq gözlənilir


İdman 14 İyn 2018 12:11:00 266 0

Manchester United-də ayrılıq gözlənilir

Antoni Marsial Manchester United-i tərk etmək fikrindədir. Goal.az xəbər verir ki, 22 yaşlı hücumçunun meneceri Filipp Lamboli Fransa mətbuatına açıqlamasında bu barədə danışıb. 

 “Antoni klubunu dəyişmək istəyir. Bunun üçün bir neçə səbəbi var, ancaq hələlik bu barədə danışmaq üçün tezdir. Marsial daha sonra gələcəyi barədə məsələlərə aydınlıq gətirəcək” – deyə, Lamboli bildirib.

Düşünürəm ki, əgər dünyanın ən güclü klubu hesab olunan Manchester United 8 aydır ki, müqavilə yeniləməklə bağlı yekun qərara gələ bilmirsə, deməli, sözügedən oyunçu onlar üçün önəmli deyil. Antoninin klubla müqaviləsi var, klubun qərarlarına hörmətlə yanaşır, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Amma o, birmənalı şəkildə komandadan ayrılmaq istəyir. Bu, düşünülmüş qərardır”