Juventus gənc futbolçunun transfer qiymətini razılaşdırıb


İdman 13 İyn 2018 17:50:00 282 0

Juventus gənc futbolçunun transfer qiymətini razılaşdırıb

CSKA-nın yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını İtaliyada davam etdirə bilər. Goal.az xəbər verir ki, gənc futbolçu Juventus-un maraq dairəsindədir. Klublar artıq Rusiya millisinin üzvü üçün transfer qiymətini də müəyyənləşdirib. "Qoca senyora" onu heyətə qatmağın müqabilində qarşı tərəfə 20 milyon avro ödəməlidir.

Qolovini Turin klubunda Miralem Pyaniçin potensial əvəzləyicisi kimi görürlər.