Napoli-dən 25 milyonluq transfer


İdman 12 İyn 2018 12:35:00 253 0

Napoli-dən 25 milyonluq transfer

Bologna-nın hücumçusu Simone Verdi karyerasını Napoli-də davam etdirəcək.

Goal.az-ın məlumatına görə, 25 yaşlı futbolçu Neapol təmsilçisi ilə anlaşıb.

O, yeni klubu ilə 5 illik müqavilə imzalayıb. İtaliya mətbuatı bu transfer Napoli-yə 25 milyon avroya başa gəldiyini iddia edir.

Qeyd edək ki, ötən mövsüm Bologna forması ilə 34 matçda meydana çıxan Verdi 10 qol vurub, bir o qədər də komanda yoldaşlarına məhsuldar ötürmə verib.