Renat Dadaşov Portuqaliya klubuna keçdi


İdman 12 İyn 2018 09:48:00 283 0

Renat Dadaşov Portuqaliya klubuna keçdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, Dadaşov Portuqaliyanın Estoril klubu ilə anlaşıb. Reanat yeni komandaya transferini belə şərh edib:

Estoril-də olmaqdan çox xoşbəxtəm. Ümidvaram ki, hamımız üçün unudulmaz mövsüm keçirəcəyik".

2017-2018-ci illər mövsümündə Estoril Portuqaliya çempionatında 34 oyundan 30 xalla sonuncu yeri tutaraq, aşağı liqaya enib. Bununla əlaqədar komandada baş məşqçi dəyişikliyi olub. Ötən gündən komanda 32 yaşlı Luiş Freyreyə tapşırılıb.

Renat Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır.