Neftçi daha 3 futbolçu ilə bağlı qərar verdi


İdman 11 İyn 2018 17:55:00 296 0

Neftçi daha 3 futbolçu ilə bağlı qərar verdi

Ötən mövsüm Neftçi-nin heyətində çıxış edən 3 futbolçu ilə müqavilə yenilənib.

Goal.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il "ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.