Napoli kapitanına 4 potensial əvəzləyici tapdı


İdman 11 İyn 2018 16:18:00 309 0

Napoli kapitanına 4 potensial əvəzləyici tapdı

Napoli-nin kapitanı Marek Hamşik yayda klubunu dəyişə bilər. Goal.az xəbər verir ki, Neapol klubu artıq slovakiyalı yarımmüdafiəçi üçün 4 potensial əvəzləyici tapıb. Bunlar Leandro Paredes (Zenit), Arturo Vidal (Bayern Munchen), Fabian Ruis (Betis) və Stanislav Lobotkadır (Celta). Hamşikə maraq göstərənlər arasında Zenit, RB Salzburg və Guangzhou Evergrande xüsusilə seçilir. "Piterlilər" ona görə 30-35 milyon avrodan keçməyə hazırdır.