"Mirror" nəşri Tofiq Bəhramovun nəvəsini danışdırdı


İdman 11 İyn 2018 09:50:00 323 0

"Mirror" nəşri Tofiq Bəhramovun nəvəsini danışdırdı

DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq  Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.

Məşhur “Mirror” qəzeti T.Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək.

36 yaşlı kiçik Bəhramov deyib: “Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu”.

Bəhramovun nəvəsi oğlu Bəhramın nə zamansa İngiltərə Premyer Liqasında oynamağını arzulayır.