Superliqa klubunda yeni baş məşqçi


İdman 10 İyn 2018 14:43:00 256 0

Superliqa klubunda yeni baş məşqçi

Türkiyənin Antalyaspor klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi vaxtilə Azərbaycanda da çalışmış Bülənt Qorxmaza tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bir müddət öncə istefa vermiş Hamza Hamzaoğlunu bu postda məhz Bakı-nın sabiq baş məşqçisi əvəz edəcək.

Məşqçiliyə futbolçu karyerasını həsr etdiyi Galatasaray-da başlayan 50 yaşlı türkiyəli mütəxəssis vətənində Karabükspor, İstanbul BB, Kayseri Erciyyəspor, Mersin İdman Yurdu-nda işləyib. O, 2 il öncə Mersin təmsilçisindən gedəndən sonra heç bir klubda işləməyib.

Xatırladaq ki, Qorxmaz 2009/10 mövsümündə 6 ay "Bakı"nın baş məşqçisi olub.

Antalyaspor Super Liqanın geridə qalan mövsümünü 18 komanda arasında 14-cü pillədə başa vurub.