Nabil Fekirin Liverpool-a transferi məsələsinə nöqtə qoyuldu


İdman 10 İyn 2018 10:32:00 259 0

Nabil Fekirin Liverpool-a transferi məsələsinə nöqtə qoyuldu

Fransalı yarımmüdafiəçi Nabil Fekirin Liverpool-a transferi baş tutmayıb. Goal.az xəbər verir ki, Lyon-un rəsmi saytı bununla bağlı məlumat yayıb.

"Liverpool-la danışıqlar nəticəsiz başa çatdı. Lyon bu danışıqlara nöqtə qoyur. Liverpool Fekir üçün prioritet variant idi və başqa klub onun maraqlarını ödəmirdi. Bu səbəbdən Fekir növbəti mövsüm də bizimlə olacaq" - klubun açıqlamasında deyilir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun "qırmızılar"a qoşulmasına tibbi müayinə nəticələrinin mane olduğu güman edilir. Fekir 2015-ci ildə dizindən aldığı ağır zədə səbəbindən mövsümü boşa vermişdi. İdman mediasının iddiasına görə "mersesaydlılar"ı futbolçunun zədəsini təzələmək ehtimalı narahat edib. Amma dəqiq səbəb açıqlanmır. Liverpool daha öncə fransalı havbeklə də, Lyon-la da transferi razılaşdırmışdı.