Bordinin köməkçiləri kimlər olacaq? - açıqlama


İdman 08 İyn 2018 21:13:00 297 0

Bordinin köməkçiləri kimlər olacaq? - açıqlama

"Klubdakı transferlər tək məndən asılı olmayacaq".

Goal.az-ın məlumatına görə, bunu Neftçi klubunun idman direktoru Ceyhun Sultanov yeni baş məşqçi Roberto Bordinin təqdimat mərasimində deyib. 

Sultanov yerli futbolçuların transferlərini böyük ölçüdə yekunlaşdırdıqlarını sözlərinə əlavə edib: "Legionerlərlə bağlı təkliflər məndən gələcək. Qərarları isə baş məşqçi verəcək. O, hansı futbolçuları seçəcəyini özü müəyyənləşdirəcək.

Klub rəsmisi Bordinin fiziki hazırlıq üzrə köməkçisinin italiyalı, digər köməkçilərinin isə yerli mütəxəssislərdən ibarət olacağını sözlərinə əlavə edib.