Premyer Liqa klubları nəfəs dərmək imkanı qazandı


İdman 08 İyn 2018 18:20:00 294 0

Premyer Liqa klubları nəfəs dərmək imkanı qazandı

İngiltərə Premyer Liqasında 2019/20 mövsümü üçün qış fasiləsinin tətbiq olunacağı rəsmiləşib. Goal.az xəbər verir ki, liqanın rəsmi saytında 2020-ci ilin fevralında 2 həftəlik fasilənin olacağı elan edilib. Buna baxmayaraq çempionatda oyunlar hər həftə keçiriləcək. Sadəcə turdakı oyunlar 5-5 bölünüb bir neçə gün ərzində baş tutacaq. Matçını başa vuran klublar 2 həftəlik istirahət əldə edəcək. Bu fasilə ingilis klublarının Avrokuboklarda uğurlu çıxış etməsinə hesablanıb.

İngiltərə kubokunda oyunlar isə həftənin ortasına çəkiləcək və heç-heçə başa çatan görüşlər təkrar keçirilməyəcək.