Neftçi'də yeni baş məşqçi


İdman 08 İyn 2018 12:51:00 241 0

Neftçi'də yeni baş məşqçi

Neftçi-nin Myeni baş məşqçisi müəyyənləşdi.

Goal.az xəbər verir ki, "flaqman"ı italiyalı mütəxəssis Roberto Bordin çalışdıracaq.

Qeyd edək ki, komandamızın yeni baş məşqçisi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın Bologna (2005-2006), Padova (2006-2007), Hellas Verona (2007, 2010-2015), Sassuolo (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın Triestina (2016) və Moldovanın Şerif (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı Şerif onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.