Fenerbahçe-nin yeni idman direktoru açıqlanıb


İdman 07 İyn 2018 19:28:00 287 0

Fenerbahçe-nin yeni idman direktoru açıqlanıb

Fenerbahçe klubuna yeni idman direktoru təyin olunub.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Damyen Komolli ilə 3 illik razılıq əldə edib. Yeni idman direktoru ilə iyunun 12-də "Şükrü Saracoğlu" stadionunda rəsmi müqavilə imzalanacaq.

Fransalı Damyen Komolli Fransanın Monaco, İngiltərənin Arsenal, Liverpool və Tottenham klublarında müxtəlif vəzifələrdə işləyib. O, Arsenal-da çalışarkən Kolo Tureni, Tyerri Anrini və Rober Piresi, Tottenham-də isə Qaret Beyli kəşf edib. O həmçinin Luka Modriç, Dimitar Berbatov, Roman Pavluçenko və Luis Suares kimi futbolçuların transferlərini reallaşdırıb.