DÇ-da iştirak edəcək millinin futbolçuları qarət olundu


İdman 07 İyn 2018 13:21:00 288 0

DÇ-da iştirak edəcək millinin futbolçuları qarət olundu

Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunublar. 

Goal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Cinayətkarlar futbolçuların məskunlaşdığı oteldə 3 otağa soxulublar. Hadisə vaxtı komanda üzvləri otaqda olmayıb.

Norveç polisi hadisəni araşdırır.