Neftçi-nin baş məşqçisi postuna 2 əsas namizəd


İdman 06 İyn 2018 16:36:00 282 0

Neftçi-nin baş məşqçisi postuna 2 əsas namizəd

Neftçi yeni baş məşqçini iki namizəd arasından seçəcək. Goal.az əbər verir ki, bunlar rumıniyalı Marius Şumuditsa və italiyalı Roberto Bordindir. İyunun 7-də keçiriləcək Müşahidə Şurasının iclasında müzakirə aparılaraq, yekun qərar qəbul olunacaq. Ertəsi gün isə "ağ qaralar"ın yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq. 

Neftçi mayın 31-də Tərlan Əhmədovla yollarını ayırdığını açıqlayıb. Marius Şumuditsa son olaraq Türkiyənin Kayserispor klubunda, Roberto Bordin isə Moldova Sheriff-ində baş məşqçi kimi çalışıb.