Kurtua Kariusun zədələnməsi haqqında: "Şəxsən mən topu görmürdüm"


İdman 06 İyn 2018 15:14:00 283 0

Kurtua Kariusun zədələnməsi haqqında: "Şəxsən mən topu görmürdüm"

İyunun 3-də Liverpool-un qapıçısı Loris Kariusun Çempionlar Liqasının final matçında beyindən zədə aldığı barədə xəbərlər ortaya çıxdı. Alman qapıçının Real-ın kapitanı Serxio Ramosun dirsək zərbəsindən sonra başından daxili zədə aldığı qeyd olunurdu. Onun yol verdiyi 2 kobud səhv müəyyən qədər bununla da əlaqələndirilmişdi. Goal.az xəbər verir ki, Chelsea-nin qapıçısı Tibo Kurtua isə bu məsələyə şübhə ilə yanaşıb:

"Mənim də başıma oxşar hadisə gəlmişdi. Aleksis Sançezlə toqquşmadan sonra görmədə çətinlik çəkirdim. Buna görə 20 dəqiqədən sonra əvəzlənməli oldum. Karisun yaşadıqlarına təəssüf edirəm. Amma unutmaq olmaz ki, o, həmin epizoddan sonra 2 seyv də etmişdi. Bunu bəxtin adına yazaq? Bilmirəm, amma şəxsən mən topu görmürdüm. Karius beyin silkələnməsi ilə üzləşmişdisə, özü və ya həkimlərin məsləhəti ilə meydanı tərk etməliydi. Oyundan sonra demişdi ki, 2 səhvə yol verdi və komandası onun ucbatından uzudu. Bununla heç kim razılaşmaya bilməz. Qapıçılar belə şeylərlə üzləşirlər. Lakin bir müddət keçəndən sonra səhvləri zədəyə bağlamaq mənə qəribə gəlir. Buna baxmayaraq, Bostondakı həkimlər belə deyirsə, deməli, belədir".