Arsenal ilk yay transferini rəsmiləşdirib


İdman 05 İyn 2018 18:20:00 262 0

Arsenal ilk yay transferini rəsmiləşdirib

Juventus-un sabiq müdafiəçisi Ştefan Lixtştayner karyerasını Arsenal-da davam etdirəcək. Goal.az xəbər verir ki, 34 yaşlı futbolçu "topçular"a azad agent kimi keçib. O, yeni klubunda 12 nömrəli forma ilə çıxı şedəcək.

Lixtştayner 2011-ci ildən Juventus-da çıxış edir. O, karyerası ərzində Grasshopper, Lille və Lazio-nun da şərəfini qoruyub. Təcrübəli müdafiəçi 2005-ci ildən İsveçrə millisinə dəvət alır. O, qarşıdakı dünya çempionatında da komandanın əsas kapitanı olacaq. İsveçrəni qrup mərhələsində Serbiya, Braziliya və Kosta-Rika ilə oyunlar gözləyir.