İtaliya klubunda baş məşqçi istefası


İdman 05 İyn 2018 17:14:00 272 0

İtaliya klubunda baş məşqçi istefası

İtaliya A Seriyasında çıxış edən Sassuolo baş məşqçi Cüzeppe Yakini ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yakini 2017-ci ilin noyabrında Kristian Bukkinin əvəzinə Sassuolo-nun baş məşqçisi təyin olunmuşdu. İtaliyalı mütəxəsis klubu B Seriyasına düşməkdən xilas etmişdi. Yerli mətbuat yeni baş məşqçinin Roberto De Zerbi olacağını yazır.