Türkiyənin dövlət başçısından Fenerbahçe prezidentinə təbrik


İdman 05 İyn 2018 15:05:00 356 0

Türkiyənin dövlət başçısından Fenerbahçe prezidentinə təbrik

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Fenerbahçe klubunun yeni prezidenti Ali Koça telefonla zəng edib. Goal.az xəbər verir ki, dövlət başçısı Koçu klub prezidenti seçilməsi münasibətilə təbrik edib. Erdoğan ona və İdarə Heyətinin üzvlərinə uğurlar arzulayıb.

Erdoğan klub prezidenti seçkilərinin nəticələri açıqlandıqdan sonra Ali Koça təbrik mesajı da göndərmişdi. Məşhur "Koç Holding"in təsisçisi Cehbi Koçun nəvəsi olan Ali Koç iyunun 3-ü keçirilən seçkilərdə qalib gələrək Aziz Yıldırımın 20 illik Fenerbahçe hakimiyyətinə son qoymuşdu.