De Xea: "Manchester United-də özümü xoşbəxt hiss edirəm"


İdman 05 İyn 2018 13:44:00 299 0

De Xea: "Manchester United-də özümü xoşbəxt hiss edirəm"

Manchester United və İspaniya millisinin qapıçısı David de Xea gələcəyi ilə bağlı narahatlıq keçirmir. Goal.az xəbər verir ki, 27 yaşlı qolkiper indi əsas diqqətini Rusiyada keçiriləcək dünya çempionatına yönəltdiyini deyib.

"Tamamilə sakitəm. Mənim üçün ən vacib tarix hazırda 15 iyundur. 2018-ci il dünya çempionatında İspaniya millisi mümkün olduğu qədər yaxşı çıxış etməlidir. Mən isə Manchester United-də özümü xoşbəxt hiss edirəm".

İspaniya millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, İran və Mərkaeşlə qarşılaşacaq.