Liverpool qapıçısının səhvlərinə səbəb nə olub?


İdman 04 İyn 2018 22:22:00 325 0

Liverpool qapıçısının səhvlərinə səbəb nə olub?

Liverpool-un qapıçısı Loris Karius Çempionlar Liqasının finalında (1:3) ciddi zədə alıbmış. Goal.az "Bild"ə istinadən xəbər verir ki, Real-ın ilk qolundan 2 dəqiqə əvvəl Serxio Ramos dirsək zərbəsi ilə alman qolkiperin beynini silkələyib. Daha sonra Karius 2 kobud səhvə yol verməklə komandasının məğlubiyyətinə səbəb olub.

ESPN kanalının məlumatına görə qapıçı mayın 31-i Bostonda kəllə-beyim travması üzrə mütəxəsisin qəbulunda olub. Massaçusetsdə yerləşən xəstəxanada Kariusun başı rentgenə salınıb. Ross Zafonte adlı mütəxəsisin qəbuluna qolkiper Liverpool həkimlərinin təşəbbüsü ilə aparılıb.