Bakıda təşkil olunan boks gecəsinin qalibi müəyyənləşib


İdman 03 İyn 2018 14:34:00 306 0

Bakıda təşkil olunan boks gecəsinin qalibi müəyyənləşib

Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçirilib. Goal.az  “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks gecəsində 8 döyüş təşkil olunub. Rinqə Azərbaycanın 7, Gürcüstanın 4, Ukraynanın 2, Rusiya, CAR və Macarıstanın hərəsinin 1 boksçusu çıxıb. Öncə reytinq döyüşləri keçirilib. 

Sonra günün əsas döyüşü birinci ağır çəki dərəcəsində baş tutub. IBO və WBCA dünya kəməri uğrunda 12 raundluq qarşılaşmada ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena üz-üzə gəliblər. İlk iki raundda təşəbbüsü rəqibinə verən afrikalı ukraynalının təzyiqinin qarşısını alıb və mübarizəni əks-həmlələrdə qurub. 3-cü raunddan üstünlüyü ələ alan Lerena rinqdə daha sürətli hərəkət edib və Qolovaşenkonun müdafiə olunarkən buraxdığı boşluqlardan yararlanıb. Ukraynalını 5-ci raundda noqdauna göndərən Lerena döyüşün sonunadək 1-ci nömrə kimi mübarizə aparıb. Nəticədə hakimlərin yekdil qərarı ilə afrikalı qalib gəlib – 115:112, 115:112, 116:111. Boks gecəsində WCA və WBC Asiya kəmərinin sahibi də bəlli olub. Azərbaycan idmançısı Malik Məmmədzadə rusiyalı İbrahim Tsurovla qarşılaşıb. Yarımağır çəkidə baş tutan görüşdə rusiyalı boksçu nokautla qalib gəlib.