Ronaldo bir şərtlə Real-da qala bilər


İdman 03 İyn 2018 11:29:00 284 0

Ronaldo bir şərtlə Real-da qala bilər

Real-ın hücumçusu Kriştianu Ronaldo məvacibinin 4 dəfə artırılacağı təqdirdə daha üç il Madriddə qalmağa hazırdır. Goal.az əbər verir ki, bu barədə "Corriere dello sport" nəşri yazıb. Müddəti 2021-ci ildə bitəcək hazırkı müqaviləyə görə, Ronaldonun əmək haqqı ildə 21 milyon avrodur. Portuqaliyalı ulduz agenti Jorje Mendeşdən klub prezidenti Florentino Peresə ildə 80 mln. avro əmək haqqı müqabilində, həm də azı üç illik müqavilə bağlanması şərti ilə Madriddə qalmağa hazır olduğunu çatdırmağı xahiş edib. Belə olan halda, yeni müqavilə "qaymaqlar"a 240 mln. avroya başa gələ bilər.