Fərhad Vəliyev məşqçiliyə başladı


İdman 02 İyn 2018 15:52:00 296 0

Fərhad Vəliyev məşqçiliyə başladı

Mövsüm sonunda futbolçu karyerasını bitirən Fərhad Vəliyev məşqçiliyə başlayıb.

Goal.az xəbər verir ki, Səbail-də qapıçılarla işləyən məşqçi olacaq. Klubun mətbuat xidmətindən veteran futbolçu ilə 1 illik müqavilə bağlandığı bildirilib.

Peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın Kimyaçı klubunda başlayan Vəliyev müxtəlif illərdə Neftçiİnter (indiki Keşlə) və Qarabağ kimi klublarda forma geyinib. Azərbaycan millisində isə 32 oyun keçirib.